Qarabağ əlilinin oğlu üç aylıq körpəsi ilə suyun içində: “Qaçqınkom” şefi isə - Video

Qarabağ əlilinin oğlu üç aylıq körpəsi ilə suyun içində: “Qaçqınkom” şefi isə - Video
Su həyat mənbəyi olsa da, bəzən acınacaqlı problemlər yaradırmış. Daha doğrusu, bəzi məmurların bivecliyi, etinasızlığı ucbatından hətta su da insanlara ağır bəla gətirimiş

Cahan.info yazır ki, Ağdamdan məcburi köçkün, atası Qarabağ əlili olan Maqsud Ağayev 3 aylıq körpəsi ilə suyin içində, xəstəlik və rütubət şəraitində yaşayır.

Jurnalist Xəyyam Salmanzadə onunyaşadığı komadan çəkiliş edib. Ceyranbatan qəsəbəsində yaşayan M.Ağayev gənc ailədir, 3 aylıq balası var, amma xanımının gətirdiyi cer-cehiz suyun içində, uşaq rütubət şəraitində yaşayır.

Qəsəbədəki məktəbin həyətində yerləşən bir daxmağa yaşayan ailə motor qoyub ki, su evə keçməsin. Amma bu da onun qarşısını almır. Kadrlardan görünür ki, evin döşəməsi belə yoxdur, taxtaları yan-yana düzərək, ayaqaltı ediblər.

Bu şəraitdə təbii ki, “Qaçqınkom” sədri Rövşən Rzayev yaşamaz. Onun haqqıdır ki, komitə sədri kimi 180 minlik “BMV”də gəzsin, M.Ağayev isə körpə balası ilə suyin içində yaşasa da olar.

Onun sözlərinə görə, “Qaçqınkom”nümayəndələri evə gəlib baxıb, amma heç bir tədbir görülməyib, evlə təmin olunmayıblar. İşsiz-gücsüz olan M.Ağayev ailəsini çətinliklə dolandırır.

Onun atası Qarabağ uğrunda əlil olub. Amma vətən üçün canından keçən məcburi köçkün ailəsinə mənzil verilmir ki, heç olmasa suyun içində yaşamasınlar. Bu körpənin rütubətli şəraitdə hansı xəstəliklər tapacağını təsəvvür edirsinizmi?

R.Rzayevin nümayəndələri bu köçkün ailəsinin şəraitini görüblər, bəs niyə məruzə etməyiblər? Ediblərsə, bəs nə üçün komitə sədri bugənc ailəni, üç aylıq körpəni xilas eləmir, onları mənzillə təmin etmir? Bunu da prezident deməlidir? Buna da dövlət başçısı və ya Mehriban xanım münasibət bildirməli, göstəriş verməlidir?

R.Rzayev “Qaçqınkom” sədri ona görə təyin edilib ki, hər bir köçkünün ağır şəraiti ilə tanış olsun, problemlərini həll eləsin. Ancaq gəldiyi gündən hələ ki, ciddi fəaliyyəti nəzərə çarpmır.

Komitə sədri postunda barmağını qatlayıb göstərməlidir ki, hansı işlər görülüb. Faktiki olaraq M.Ağayev kimi ailələr dəhşətli bir antisanitariya, xəstəlik, epidemiya, rütubət şəraitində yaşamağa məhkum olunublar. Onun sağlam övlad yetişdirmək, vətən sağlam gənc təqdim etmək, cəmiyyətə normal insan təqdim etmək arzusu var.

Ancaq neft ölkəsində məcburi köçkün ailəsi, Qarabağ qazisinin övladı görün hansı gündə yaşayır. Bundan əvvəl də Avropa çempionu olan gəncin şəraitini təqdim eləmişdik.

“Əli Həsənov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edən vaxtlarda, mənzilə olan ehtiyacımızın ödənilməsi ilə bağlı bir neçə dəfə məktub ünvanlamışdım. Təəssüfki, adı çəkilən qurumdan rəsmi cavablar əldə etsəm də, son anda mənzilə olan ehtiyacımız ödənilmədi”
Bunu Cəbrayıl qaçqını, yunan-roma güləşi üzrə Avropa çempionu, üç dəfə Avropa üçüncüsü, bir dəfə dünya bürünc mükafatçısı Babaşov Xurşud Gəray oğlu yazmışdı.

X.Babaşov kimi Maqsud Ağayev də “Qaçqınkom” sədrinə, prezidentə, I vitse-prezient Mehriban Əliyevaya müraciət edərək köməklik göstərilməsini xahiş edib. O, heç olmasa körpə balasını nəzərə almağı, yardım göstərməyi istəyib.