Ayselə "Porche" aldığı iddia edilən kişi illər sonra həyat yoldaşı ilə görüşdü

Ayselə "Porche" aldığı iddia edilən kişi illər sonra həyat yoldaşı ilə görüşdü
Xəbər verdiyimiz kimi, müğənni Aysel Əlizadə iş adamı Elçin Nəcəfovun 13 illik ailəsini dağıtmaqda ittiham olunur.

Kainat.tv BiG.AZ-a istinadən xəbər verir ki, Elçin həyat yoldaşı Turanə ilə 2 il 3 aydan sonra görüşüb. Bu barədə "Səni Axtarıram" verilişində Xoşqədəm Hidayətqızı açıqlama verib:

"Qəyyumluqda üz-üzə gəlmişdilər. İndi isə 2 il sonra görüşdülər. Ev, uşaqların təhsili, maddi bütün durumları təmin olunacaq. Uşaqlar istəyəndə ananın yanında qalacaqlar istəyəndə atanın yanında qalacaqlar. Evdə veriləcək Turanənin adına. Orda söbət oldu ki, uşaqların adına mən orda etiraz etdim. Sənin 13 illik həyat yoldaşındır".