I qrup əlil: “28 ildir ev almaq üçün növbəyə durmuşam, cəmi iki sıra irəliləmişəm...”

sosial sebeke

I qrup əlil: “28 ildir ev almaq üçün növbəyə durmuşam, cəmi iki sıra irəliləmişəm...”
Nəsimi rayon sakini İbrahimov İlham İslam Yeniavaz.com-a müraciət edərək birinci qrup əlil olduğunu, əlillərin sosial müdafiəsi haqqında qanunun “əlillərə mənzil-məişət xidməti” bəndi əsasında 1991-ci ildən ev almaq üçün növbəyə durduğu bildirib.

O açıqlamasında 28 ildir ki, növbədə olduğunu və bu müddət ərzində yalnızca iki sıra irəliləyərək onuncu yerdən səkkizinci yerə gəldiyini deyib:

“Nəsimi rayonunda Namiq Məlikov küçəsi dalan 3, ev 15 ünvanında yaşayıram. Pensiayaçıyam. 1989-cu ildə hərbi xidmətdə olmuşam və bu zaman xəsarət almışam. Hal-hazırda özüm də, anam da I qrup əlilik. Anam İbrahimova Səfiyyə İsrafil qızı da çörək zavodunda işləyən zaman xəsarət alıb, bir qolunu itirib. 1947-ci ildə doğulub. 5 nəfərlik ailəyik, bir otaq yarımdan ibarət olan evdə yaşayırıq. 1991-ci ildən ev verilməsi üçün növbəyə durmuşam. Növbəyə duranda mənim adım onuncu sıradan bir az yuxarıda idi. Sonra onuncu yerə gəldi amma 15 il elə onuncu sırada qaldı. İki ay öncə yenidən getdim icra hakimiyyətinə, gördüm ki, adım səkkizinci yerdədir. Dəfələrlə Mehriban xanıma məktub yazmışam. İcra hakimiyyətindən deyirlər ki, veriləcək, narahat olmayın. Amma 28 ildir ki, gözlüyürük. Mən başa düşmürəm ki, elə hey televizorda göstərilir ki, əlillərə ev verildi. Bəs sıra bizə niyə çatmır? Ya da ki, niyə bizim sırada irəliləyiş olmur?”.
I qrup əlil: “28 ildir ev almaq üçün növbəyə durmuşam, cəmi iki sıra irəliləmişəm...”
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin əməkdaşı Nəcməddin Yunusov isə bildirdi ki, gərək mənzillər tikilə, istifadəyə verilə ki, biz də təmin edək:
“Vətəndaş düz deyir. Bu məlumatlar bizdə də var. Ancaq bu hal tək bizdə deyil. Belə evlər Prezidentin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Yəni digər kateqoriyalara verilmir hələ ki, ona görə də qalıb. Gərək mənzillər tikilə, istifadəyə verilə ki, biz də təmin edək. Verilmir, ona görə də biz heç nə edə bilmirik. İcra hakimiyyətinin də bununla əlaqədar bir fondu yoxdur”.

Nəcməddin Yunusov əlil vətəndaşın siyahıda 2 sıra irəliləməsini isə belə açıqlayıb: “Həmin şəxsin növbədəki yerinin iki sıra irəliləməsinə səbəb isə ancaq belə ola bilər ki, ya kimsə rəhmətə gedib, ya da rayonun qeydiyyatından çıxıb. İlham İbrahimov bu məsələ ilə bağlı bəzi qurumlara da müraciət edib. Biz bu cavabı onun özünə də vermişik”.
I qrup əlil: “28 ildir ev almaq üçün növbəyə durmuşam, cəmi iki sıra irəliləmişəm...”
I qrup əlil: “28 ildir ev almaq üçün növbəyə durmuşam, cəmi iki sıra irəliləmişəm...”

SON XƏBƏRLƏR