Tural Əliyev-Ölkə tarixində 25 yaşında əməkdar məşqçi adına layiq görülən gənc məşqiçidir
Əziz oxucu bu gündən etibarən yeni bir lahiyəyə “İdmançılarımızı tanıyaq və tanıdaq” lahiyəsinə start veririk. Lahiyəmizin ilk qonağı sərbəst güləş üzrə Azərbaycan Respublikasının Əməkdar məşqıçısi, Beynəlxalq dərəcəli hakim, zorxana və pəhlivan güləşi üzrə 3 dəfə Avropa çempionu, 3 dəfə Dünya kubokunun sahibi, İslam oyunlarının gümüş mükafatçısı, Alpaqut Turan döyüş növləri üzrə Dünya çempionu Tural Əliyevdir. İdmançımızı sizdə tanıyın:
Tural Məhəmməd oğlu Əliyev 31 dekabr 1986-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Birinci sinifə doğma kəndində getsə də, sonra ailəsi Sumqayıt şəhərinə köçüblər. Bundan sonra o, təhsilinə dördüncü sinifində Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə davam etdirir. Sumqayıta köçdükdən sonra atası güləşə çox həvəsli olduğu üçün onu güləşə qoymuşdur. Beləliklə o, 1996-cı ildə Azərbaycan Respublikasının Əməkdar məşqıçısi, əməkdar idman xadimi Firdovsi Ömərəvun rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayır. O, dəfələrlə Sumqayıt, zona birinciliyinin qalibi və dəfələrlə gənclər arasında keçirilən turnirlərin qalibi və mükafatçısı olmuşdur. 2008-ci ildə böyüklər arasında keçirilən sərbəst güləş üzrə Azərbaycan çempionatında üçüncü yerə layiq görülmüşdür. Elə həmin ildən zorxana pəhləvan güləş növü üzrə məşğul olur. 2009-cu ildə Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qalib gələrək Avropa çempionu olur. 2011-ci ildə isə Litvanın Şaulyay şəhərində və 2014-cü ildə Belarusun Minsk şəhərində zorxana pəhlivan güləşi üzrə 90 kq çəki dərəcəsində Avropa çempionu olmuşdur.
2009-cu ildə Bakıda, 2010-cu ildə Türkiyənin Konya şəhərində, 2011-ci ildə Belarusun Minsk şəhərində 90 kq çəkidə dünya kubokunun sahibi olmuşdur.
2016-cı ildə Qırğızıstanın Çolpan-ata şəhərində keçirilmiş köçəri türk dilli ölkələrin dünya oyunlarında 90 kq çəkidə 2-ci yeri tutmuşdur.
Tural Əliyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatılmışdır. Komanda yarışlarında o, 2-ci yeri tutmuş və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olmuşdur. 2018-ci ildə Bakı şəhərində keçirilən Turan döyüş sənəti üzrə dünya çempionatında qurşaq sistemi üzrə güləş növündə birinci yerə layiq görülmüşdür. İdman ustasıdır, sərbəst güləş üzrə əməkdar məşqıçıdır, Beynəlxalq dərəcəli hakimdir. Yetişdirdiyi idmançılar ümumilikdə 16 dəfə Dünya və Avropa birinciliyində Azərbaycana medalla dönmüşdülər.
Dünya üzrə 3 il (2009, 2010, 2011) ardıcıl olaraq ilin ən yaxşı pəhləvanı, güləşçisi, Azərbaycanın isə 6 il ən yaxşı idmançısı seçilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsinin əməkdaşıdır, Polis Akademiyasının ikinci kurs dinləyicisidir.
İdmançımızla təsadüfən Sumqayıt şəhərində yeni salınan dənizqırağı bulvarda rast gəldim və gündəlik həyat tərzi ilə tanış oldum. İdmançı Tural hər gününü dənizqırağı bulvarda qaçmaqla başlayır və müəyyən idman növləri ilə də məşğul olur idman həm həyat tərzidi, həm də sağlamlıqdır deyən
Tural Əliyev İdmanı həyatının bir hissəsi sayır. Peşəkar idmançıyla həmsöhbət olduğum zaman bunları söylədi:
-Hər kəs sağlam həyat yaşamalıdır, hər kəs idmanla məşğul olmalıdır. Bu gün böyüməkdə olan nəsilin və yeniyetmələrin pis əməllərdən, narkomanyadan, pis vərdişlərdən uzaq olması idmanla məşğul olmalıdır və hətda səhərini idman məşqləri ilə açmalıdır.
Tural müəllim Sumqayıt, Abşeron bölgəsində yaradılan qadın güləşi komandasının məşqıçısı kimi bu komandanın nəticələri, uğurları haqqında nə deyə bilərsiz?
-Güləş Federasiyasının rəhbərliyinin etimadlarını doğruldaraq Sumqayıt və Abşeron bölgəsində qadın güləş komandası ilə mən çalışdım. 2010-2011-ci illərdə Abseron Uşaq-Gənclər İdman məktəbində qızlardan ibarət komandanın məşqiçisi oldum. Yetirmələrim dəfələrlə Dünya, Avropa çempionatlarının qalibi və mükafatçıları sırasında olub. İdmançı şagirdlərimdən Türkan Nəsirova Sumqayıt və Abşeron bölgəsində sərbəst güləş üzrə gənclər arasında yeganə qadın, Dünya cempionudur. Yeniyetmələr arasında Avropa birinçiliyinin, gənclər arasında Dünya birinciliyinin qalibi, böyüklər arasında hərbiçilərin Dünya çempionatının gümüş mükafatçısı, Avropa kubokunun gümüş mükafatçısıdır. Sahilə Ələkbərova Dünya və Avropa birinciliyinin mükafatçısı olub, yeniyetmə qızlar arasında ilk Dünya birinçiliyinin mükafatçısı olub. Gələcək planlarınız, qarşıda sizi hansı yarışlar gözləyir?
- Azərbaycanın bayrağını digər dövlətlərin bayraqlarından yüksəklərə qaldırıb, himnini səsləndirmək mənim üzərimə düşən ən böyük və ən önəmli məsuliyyətdir. Dünya, Avropa çempionu olmaq asandır amma o adı qoruyub, saxlamaq çox çətindir. İlin sonunda keçirilən Dünya və Avropa çempionatına çox ciddi hazırlaşıram və isdəyirəm ki, həmişə olduğu kimi bu ildə bu adı öz üzərimdə saxlayam. Biz idmançılara yaradılan şəraitə və diqqətə görə ölkəmizin rəhbərliyinə və DİN-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Çempion Tural Əliyev “Vetenperverler.Az” xəbər portalı olaraq sizə bol-bol uğurlar, qalibiyyətlər arzulayırıq. Həmişə Dünya, Avropa, Olimpia arenalarında Azərbaycanın qürurverici üç rəngli bayrağını dalğalandırıb, himnimizi səsləndirəsiniz.
Yeganə Telmanqızı
“Vetenperverler.Az” 

Dünya çempionunun uğur yolu
sosial sebeke

















