Bakıda tələbələr arasındakı qanlı dava ilə bağlı cinayət işi məhkəmədə

Bakıda tələbələr arasındakı qanlı dava ilə bağlı cinayət işi məhkəmədəQətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Ictimaixeber.com-ın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E.Xəlilov isə Texniki Universitetin tələbəsi olub.