Bacısı intihar edən keçmiş İTV əməkdaşının qardaşı da öldü

Bacısı intihar edən keçmiş İTV əməkdaşının qardaşı da öldüİctimai Televiziyanın sabiq əməkdaşı Aytac Vahabovanın qardaşı dünyasını dəyişib.

Ictimaixeber.com ONA-ya istinadən xəbər verir ki, bu barədə A.Vahabovanın dostları sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilir ki, 18 yaşlı Teymur Vahabov avtomobil qəzasında həlak olub.

Qeyd edək ki, bu, Vahabovlar ailəsində yaşanan ikinci faciədir. 2016-cı ilin fevralında ailənin 23 yaşlı qızı Nigar Vahabova intihar etmişdi.