Sərnişin avtobusu minik avtomobili ilə toqquşdu: yaralılar var

Sərnişin avtobusu minik avtomobili ilə toqquşdu: yaralılar varBakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Ictimaixeber.com report-a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.