Cəlilabadda məktəbli itkin düşdü - FOTO

Cəlilabadda məktəbli itkin düşdü - FOTOCəlilabad rayonu, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlu itkin düşüb.

Ictimaixeber.com teleqraf-a istinadən xəbər verir ki, bu barədə onun atası Elman Miriyev məlumat verib.

8-ci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub.

Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət edib.

Onu görənlərdən (050) 522 - 15 - 95 və ya (050) - 481 - 61 - 39 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.