Hövsanda dənizdə meyit aşkarlandı

Hövsanda dənizdə meyit aşkarlandıBakının Hövsan qəsəbəsi ərazisində dənizdə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin 112 qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, dənizdə bir nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Dənizdə meyiti aşkarlanan şəxsin kimliyi dəqiqləşdirilir.