Hacıqabulda AĞIR QƏZA: 2 nəfər öldü, 4 nəfər yaralandı

Hacıqabulda AĞIR QƏZA: 2 nəfər öldü, 4 nəfər yaralandıBakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bildirilir ki, "Mercedes Vito" markalı mikroavtobus"KaMAZ" markalı yük maşınına dəyərək aşıb.Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.

Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.