Gürcüstanda azərbaycanlılar dəhşətli qəzaya uğradı: ölənlər və yaralılar var

Gürcüstanda azərbaycanlılar dəhşətli qəzaya uğradı: ölənlər və yaralılar varGürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində baş verib.

Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.