Hacı Mazan “Range Rover”ilə AĞIR QƏZAYA DÜŞDÜ (YENİ-2)

Hacı Mazan “Range Rover”ilə AĞIR QƏZAYA DÜŞDÜ (YENİ-2)Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

11:34 əvvəl

***

11:45

Biləsuvar rayon Mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə Unikal.org-a açıqlamasında bildirib ki, Hacı Mazan bədənin müxtəlif əzikləri ilə xəstəxanaya gətirildi: "Biraz əvvəl müalicə və müayinə olunması üçün Bakıya göndərildi. Həyatı təhlükəsi yoxdur".