Hacı Mazanın səhhəti ilə bağlı nazirlikdən AÇIQLAMA

Hacı Mazanın səhhəti ilə bağlı nazirlikdən AÇIQLAMASəhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.