![]()
Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.
ictimaixeber.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan fövqəladə halların idarə edilməsi üzrə xidmətindən bildiriblər.
Qeyd edilir ki, daha bir nəfərin meyiti Pşaveli-Omalo yolunda tapılıb:
"Xilasetmə işləri bu gündən etibarən yenidən başlayıb. Ağır texnika da cəlb edilib".
Qeyd edək ki, iyulun 27-də Gürcüstanda yük maşını 400 metr dərinliyində dərəyə aşıb.
Bildirilir ki, yük maşınında ümumilkdə 12 nəfər olub. Onlar Zemo Alvani kəndindən Omalo kəndinə gedirlərmiş.
Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı artıb
sosial sebeke

















