17 yaşında qaçırılıb zorlanan qız: Məni bir evə apardı, dəfələrlə... - FOTO

17 yaşında qaçırılıb zorlanan qız: Məni bir evə apardı, dəfələrlə... - FOTO

İngiltərədə 17 yaşı olarkən onu izləyən bir şəxs tərəfindən qaçırılan Sunny Angel adlı qız uşağı, bir-bir yaşadığı kabus dolu günlərdən danışıb.

Ictimaixeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Sunny-yə onu 1 il boyunca təqib edən 40 yaşlı şübhəli həyatının şokunu yaşadıb.

Sözlərinə "Bir cümə ertəsi sabahıydı və hər zaman keçdiyim parkdan keçirdim" deyərək başlayan Sunny, təqib edildiyini heç anlamamışdı.Ta ki, 40 yaşlı şəxs Sunny-nin qarşısını kəsənə kimi...

Həmin şəxs Sunny-yə açıq-aydın onu bir il boyunca təqib etdiyini söylədiyində, qız uşağının az qala qorxudan ürəyi dayanacaqdı.

Axşam evinə gedərkən, həmin şəxsin tanımadığı bir nömrədən ona zəng etdiyini deyən qız, "Əgər polisə xəbər versən evi yandıracağam'' dedi. O, hər gün Sunny ilə birlikdə işə qədər yol getməyə başladı, amma qız uşağı şübhəlinin ailəsinə zərər verəcəyindən qorxduğu üçün səsini çıxartmadı.

Sunny, 1997-ci ildə həyatını zindana çevirən olayı belə anladıb:

''İş yerində çox sakit dururdum. Heç kimlə danışmırdım artıq. Tək düşündüyüm, onun ailəmə zərər verəcəyi qorxusu idi. Hələ 1997-ci il olduğu üçün birinin sizi təqib etməsi, ciddi bir cinayət hesab edilmirdi. Onun həbs ediləcəyini düşünmədiyim üçün polisə də müraciət edə bilmədim.

Mənə ailəmin yanından köçüb onunla yaşamağımı istədi. Ona belə bir şeyin olmayacağını söylədiyimdə, yenidən məni təhdid etdi. "Narahat olma, sənə daha gözəl bir həyat bəxş edəcəm" dedi.

Şəhər kənarında bir evə apardı məni. Orada bir otağa saldı. Otaqda bir dənə də olsun əşya yox idi, yataqdan başqa... Kabus 6 ay çəkdi. Məni hər gün döydü. Dəfələrlə məni zorladı. Yüzlərcə dəfə... Bədənimdə siqaret söndürdü. Əsl işgəncə evi idi.

Mənimlə işi bitincə başqa kişilərə satacağını dedi. Məni öldürməyi üçün ona yalvardım. Bir gün açarları qapının üzərində unutdu. Bax, o vaxt qaçmağı bacardım...''

Sunny Angel bu "travmayla" yaşayamayacağını düşündüyündə intihara cəhd etdiyini və gözlərini xəstəxanada açdığını söylədi.


Ictimaixeber.com