Bakıda 25 yaşlı qadını maşın vurub öldürdü

25 yaşlı qızı vuran sürücü istintaqa cəlb olunub.

İctimaixəbər.com xəbər verir ki, baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub.
25 yaşlı G.Əmiraslanlı aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.