''Binə'' ticarət mərkəzində güclü yanğın baş verib

Gecə paytaxtın Qaradağ rayonunda yerləşən ''Binə'' ticarət mərkəzində yanğın baş verib.

İctimaixəbər.com xəbər verir ki, saat 00:41-radələrində ''112'' qaynar xəttə məlumat daxil olub ki, ticarət mərkəzində güclü yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 38 texnikası və 218 canlı qüvvəsi cəlb olunub.

Onlar ticarət mərkəzində bir-birinə bitişik qarışıq malların satıldığı mağazalarda baş verən yanğının qarşısını almağa çalışıblar. Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Bir neçə saat davam edən yanğın saat 02:46-da söndürülüb.

Nazir müavini Etibar Mirzəyev bildirib ki, yanğının dəqiq səbəbi aparılacaq araşdırmadan sonra məlum olacaq.

Qeyd edək ki, hadisə zamanı ərazidə olan təcili yardım briqadasına tüstüdən zəhərlənmə diaqnozu ilə 4 kişi müraciət edib. Onlar da təcili yardım avtomobilləri ilə 1 saylı şəhər kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə aparılıblar, vəziyyətləri normaldır.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, ticarət mərkəzində mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 kv/m sahədə yanıb. Səhər saatlarında isə yanan ərazilərdə təmizlik işləri aparılıb.

Zərərçəkmiş mağaza sahiblərinin sözlərinə görə, yanğın ticarət mərkəzinin kənarında olub.

Ticarət mərkəzinin rəhbərliyi zərərçəkmiş mağaza sahiblərini siyahıya alıb. Onlara dəymiş zərərin ticarət mərkəzinin rəhbərliyi tərəfindən ödənilməsi ilə bağlı isə hələ ki, heç bir məlumat yoxd