FHN: Xəzərdə itkin düşən şəxsin axtarışlarına helikopter cəlb edilib

sosial sebeke

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

İctimaixəbər.com xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir.

SON XƏBƏRLƏR