Sumqayıtda "zapravka"da yanğın

sosial sebeke

Sumqayıtda yanacaqdoldurma məntəqəsində yanğın olub.

İctimaixəbər.com -ın məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yanacaqdoldurma məntəqənin ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.
Yanğin yerinə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan avtomobil qismən yanıb. Yanğının qarşısı alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.
Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR