“EuroHome” ticarət mərkəzi yanır.
İctimaixeber.com xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində, “Ekologiya postu” yaxınlığında tikinti materialları satılan yanır.
Bir mağazada başlayan yanğın qısa müddətdə digərlərinə yayılıb.
Hazırda güclü yanğının bütün mağazalara yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən faktı təsdiqləyiblər.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


















