Bakıda avtomobilin vurduğu piyada xəsarət alıb

sosial sebeke

Bakının Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı gənc qadın ağır xəsarət alıb.

İctimaixeber.com xəbər verir ki, avtoqəza Afiyəddin Cəlilov küçəsi yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 21 yaşlı Əhmədova Tamam Həbib qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona sol qasıq, sol oturaq sümüklərinin sınığı, qarının küt travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

SON XƏBƏRLƏR