Kiçik, dairəvi maqnitlər oyuncaqların içində olur. Körpə uşaqlar tərslikdən həmin maqnitləri çıxarıb udur.
İctimaixeber.com bildirir ki, bunu çox zaman valideyn məsuliyyətsizliyinə də bağlayırlar. Çünki hər oyuncağın öz yaş kateqoriyası var. Bakıda 2 yaşlı oğlan uşağı oyuncaq maşınla oynayarkən onun maqnitlərini udub. Valideynləri bunu bilməyib.
Sabahı qusma, qızdırma, qarında ağrılarla uşaq klinikaya çatdırılır.
Uşaq cərrah Fuad Hüseynov maqnitlərin bir -birinə yapışaraq artıq nazik bağırsağa keçdiyini dəqiqləşdirir.
Məcburən açıq əməliyyatla bağırsaq divarı kəsilərək, maqnitlər ordan çıxarıldı.
Bakıda 5 ədəd maqniti udan 2 yaşlı uşaq əməliyyat olundu.
sosial sebeke

















