Kürdəmirdə mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var

sosial sebeke

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

İctimaixeber.com bildirir ki, hadisə bu gün rayonun Salyan kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Aqil Səmid oğlu Babayevin idarə etdiyi qoşqulu traktorla “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

SON XƏBƏRLƏR