Sumqayıtda ağır qəza: ölən və yaralılar var

sosial sebeke

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sərnişin avtobusu piyadanı vuraraq öldürüb, sonra isə elektrik dirəyinə çırpılıb.

Avtobus piyadanı vuraraq öldürüb.

Hadisə Sumqayıt şəhərinin giriş hissəsində qeydə alınıb. Belə ki, Elmdar Hüseynovun idarə etdiyisərnişin avtobusu Sülh prospektində yolu keçən 27 yaşlı Tural Məmmədovu vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. Piyada Tural Məmmədovaldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. Yaralılardaniki nəfər Elimdar Hüseynov və Aidə Kərimova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Digər iki yaralı isə ambulator müalicəyə göndərilib.

SON XƏBƏRLƏR