Yevlaxda bir nəfər kanalda batıb.
İctimaixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Faktla bağlı araşdırılma aparılır.
Azərbaycanda bir nəfər kanalda batdı
sosial sebeke

















