Hacıqabulda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
İctimaixeber.com xəbər verir ki, Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
90-AA-047 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Tahir oğlu hadisə yerində dünyasını dəyişib, onun atası 1983-cü il təvəllüdlü Hüseynov Tahir Səbuhi oğlu və daha 3 nəfər də xəsarət alıb. Yaralılar Kürdəmir xəstəxanasına yerləşdirilib.
Avtomobildə olanların hamısı bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var
sosial sebeke

















