Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
İctimaixeber.com məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Mərdəkan qəsəbəsində hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan 1979-cu il təvəllüdlü Məmmədov Xudaverdi Tofiq oğlu və 1989-cu il təvəllüdlü Mütəllibov Şahin Aydın oğlu xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Bakıda avtomobil işıq dirəyinə çırpıldı, xəsarət alanlar var
sosial sebeke

















