Göyçayda avtoqəza zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

sosial sebeke

Göyçay rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.

İctimaixeber.com xəbər verir ki, "VAZ 21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarətlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlardan biri - "VAZ 21011"-in sürücüsü, Kürdəmiş kənd sakini, 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu xəstəxanada dünyasını dəyişib, digər avtomobilin sürücüsü və sərnişinləri - Kürdəmiş kənd sakinləri, 1981-ci il təvəllüdlü Allahverdiyev Aqşin Firudin oğlu, 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlunun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

SON XƏBƏRLƏR