Bakıda ağır qəza: ölən var

sosial sebeke

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Firqət İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb.


[b]İctimaixeber.com[/b] bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, mayın 21-də saat 23 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini H.Şamilov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış “Toyota Prado” və “VAZ-2107” markalı avtomobillərə vurub, sonra isə yolun kənarı ilə gedən E.Almazova dəyib. Nəticədə E.Almazov və H.Şamilovun sərnişini Firqət İsgəndərov xəstəxanaya yerləşdirilib, F.İsgəndərov orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

SON XƏBƏRLƏR