Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İctimaixeber.com xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, yolu keçən 1975-ci il təvəllüdlü Əlinağıyev Vüqar Aslan oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sirkə kasasının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda 45 yaşlı kişini avtomobil vurdu
sosial sebeke

















