İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
İctimaixeber.com xəbər verir ki, hadisə İmişli rayonunun Qaralar kəndi ərazisində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vasif Məhiyyəddin oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun sərnişini - Qaralar kənd sakini, 1983-cü il təvəllüdlü Səmidxanov Qəqəni Miri oğlu Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
İmişlidə motosiklet kanala düşüb, sürücü ölüb
sosial sebeke

















