Gədəbəydə ana və qızını maşın vurub

Gədəbəydə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

İctimaixeber.com xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən kənd sakini, 1991-ci il təvəllüdlü Şabanova Nuranə və onun qızı, 2014-cü il təvəllüdlü Şabanova Laləni vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.