Bakıda tanışını bıçaqlayan 18 yaşlı oğlan tutulub

Bakıda bıçaqlanma hadisəsi olub.

İctimaixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Paytaxt sakini Kənan Tağıyev münaqişə zəminində tanışı, 2002-ci il təvəllüdlü Nurəli İbrahimov tərəfindən bıçaqlanıb.

Yaralı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N. İbrahimov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.