Bakıda kran aşdı, ölən var - YENİLƏNİB

İctimaixeber.com xəbər verir ki, Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04-də daxil olub.

Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

*Saat 14:30

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

O qeyd edib ki, hadisə bir az əvvəl baş verib. Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələri xahiş edilib.