Xaçmazda avtomobilin vurduğu piyada ölüb

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sentyabrın 5-də saat 22 radələrində Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Səlim Alışovu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.