Azərbaycanda vəzifəli şəxsi maşin virib öldürdü...sərxoş imiş

Azərbaycanda vəzifəli şəxsi maşin virib öldürdü...sərxoş imiş
Abşeron rayonunda sərxoş piyadanı avtomobil vuraraq öldürüb.
Azeeinews.az ona.az-a istinadən məlumatına görə, 1945 – ci il təvəllüdlü Əvəzov Səxavət Xosaxan oğlu, yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən, taksi fəaliyyəti ilə məşğul olan, Orxan Məmmədovun idarə etdiyi avtomobil tərəfindən vurulub. Daha sonra, sürücü yaralını xəstəxanaya apararkən, S.Əvəzov yolda keçinib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) şöbəsinə aparılıb. Sürücü O.Məmmədov polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, MTEPAB-ın ekspertlərinin ilkin rəyinə əsasən S.Əvəzov sərxoş vəziyyətdə olub. Ölən şəxs Müşviqabad qəsəbəsində yerləşən Quşçuluq fabrikinin direktoru olub