Bu gün ölən sabiq icra başçısının xəstəlik diaqnozu məlum olub

Bu gün ölən sabiq icra başçısının xəstəlik diaqnozu məlum olub

Ağstafa rayonunun həbsdə olan sabiq icra başçısının xəstəlik diaqnozu məlum olub.

Gəncə modul tipli xəstəxanadan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Nizaməddin Məhəmməd oğlu Quliyev Gəncə modul tipli xəstəxanasına 07.09.2021 tarixində ağır vəziyyətdə hər iki agciyərin 55-65% buzlu şüşəsi diaqnozu ilə daxil olub.

Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, 08.09.2021 tarixində hər iki agciyərin viral pnevmoniyası tromboemboliya diaqnozu ilə vəfat edib.