"Azərişığ"ın əməkdaşı Laçında minaya düşdü

"Azərişığ"ın əməkdaşı Laçında minaya düşdü

"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

Ictimaixeber.com-un Report-a istinadən xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin
Bizi instagramda izleye bilersiniz.ictimaixeber.com__