Bakı metrosunda sərnişin stansiyanın yoluna düşüb

Bakı metrosunda sərnişin stansiyanın yoluna düşüb

"Dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib"

Bakı Metropoliteninin "İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Bu barədə Bəxtiyar Məmmədov məlumat verib.

"Dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır", - deyə o əlavə edib.