Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)

Daşaltıda iki nəfər minaya düşərək ölüb (ƏLAVƏ OLUNUB)

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ictimaixeber.com-a verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.