Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

 Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Hadisə Liman şəhərindəki bazar yaxınlığında baş verib

Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.
Ictimaixeber.com xəbər verir ki, hadisə Liman şəhərindəki bazar yaxınlığında baş verib. Belə ki, “Azsamand” markalı avtomobil Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fərman Nizaməli oğlu Cavadovu vurub.

Ağır xəsarətlər alan F.Cavadov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsində ilkin zəruri tədbirlər görüldükdən sonra özəl klinikalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.