Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

Aprelin 20-də yerli vaxtla saat 17:37-də Zaqatala stansiyasından 42 km cənub-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda zəif hiss edilib.