Füzulidə ikimərtəbəli obyektdə yanğın olub

sosial sebeke

Füzulidə ikimərtəbəli obyektdə yanğın olub

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (2-ci mərtəbəsi çayxana, 1-ci mərtəbəsi aptek və.s) 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində sənədlər 15 m² sahədə yanıb.

ictimaixeber.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yüksək temperaturdan lambirindən ibarət arakəsmə divar əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SON XƏBƏRLƏR