Bakı metrosunda qoyulan qara qutunun sirri açıldı

Bakı metrosunda qoyulan qara qutunun sirri açıldı
akı metrosunun “Elmlər Akademiyası” stansiyasında yeni qurğu quraşdırılıb.

Bu barədə metro istifadəçiləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, platformada qara rəngli qutu quraşdırılıb. Həmin qurğu “SOS” aparatının yerinə qoyulub. Onun nə olduğu barədə isə məlumat verilməyib.

Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, həmin qurğu informasiya yayılması üçün qoyulub.

“Həmin aparatdan “Avtovağzal” və Memar Əcəmi” stansiyalarında qoyulub. İndi də “Elmlər Akademiyası” stansiyasında quraşdırılıb. Həmin qurğu reklam və informasiya xarakterli məlumatların yayılması üçün istifadə edilir”, – deyə B.Məmmədov bildirib.