Məşhur müğənninin atası öz qızına təcavüz edib

Məşhur müğənninin atası öz qızına təcavüz edib
Bu gün yox, Co, bu gün olmaz. İcazə ver bir az dincəlsin. Onu tək burax, yorğundur...
Metro xəbər verir ki, bu sözləri Maykl Ceksonun bacısı Latoya öz kitabında yazıb.

"Cekson ailəsində doğulmaq" (Growing Up In The Jackson Family) adlı memuar yazan Latoya atasını pedofillikdə günahlandırıb.

Latoya kitabında mərhum atasının onun bacısına qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib:

"Atanızın bacınızın otağına girərkən, ananızın "Bu gün yox, Co, bu gün olmaz. İcazə ver bir az dincəlsin. Onu tək burax, yorğundur..." sözlərini eşitmək necə də ürəkağrıdıcıdır".

Latoyanın dediyinə görə, onun anası atasının hərəkətlərindən xəbərdar olub. Co Cekson 16 yaşından bəri qızına qarşı seksual xarakterli hərəkətlər edib.

"Live With Regis And Kathie Lee" verilişində müsahibə verən Latoya yaşadıqları kədərli anları tamaşaçılarla bölüşüb.

"Rebbi 16 yaşında evi tərk etmişdi. Çünki atam anamın yatağından çıxıb, onun yatağına gəlmişdi. Rebbi evi tərk etdikdən sonra atamın mənlə də münasibəti dəyişdi", - Latoya söyləyib.

Co Cekson 2018-ci ildə, 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, pop dünyasının əfsanəsi hesab olunan Maykl Ceksonun da azyaşlılara meyilli olduğu iddia olunur, mərhum ifaçı pedofillikdə günahlandırılır.
Məşhur müğənninin atası öz qızına təcavüz edib
Məşhur müğənninin atası öz qızına təcavüz edib
Məşhur müğənninin atası öz qızına təcavüz edib