Bakıda 56 yaşlı qadın itkin düşdü

Bakıda 56 yaşlı qadın itkin düşdü
Bakıda 56 yaşlı qadın itkin düşüb.
Publika.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 36, mənzil 11-də yaşayan 1963-cü il təvəllüdlü Sevda Musa qızı Qəhrəmanova martın 26-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.