Yük avtomobili qadını vurub öldürdü

Yük avtomobili qadını vurub öldürdüAprelin 4-də saat 10 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Siyəzən rayon sakini E.Məhərrəmov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Salyan rayon sakini İlahə Quliyevanı vurub.

DİN-nin Mətbuat xidmətindən Ictimaixeber.com-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.