Masaj salonunda işləyən T.İ evində olarkən Ramazan Gülün təcavüzünə məruz qalıb. Gənc oğlan qadının evinə gələrək ona bıçaqla hücum edib və soyundurmağa başlayıb. Qışqıraraq qonşuları köməyə çağıran qadının müqavimətindən sonra oğlan yarıçılpaq vəziyyətdə pəncərədən tullanaraq meşəliyə doğru qaçıb.
Polisin axtarışlarından sonra Ramazan Gül meşədəki dərələrin birindən tapılıb.
Tibbi müayinə zamanı onun içkili olduğu üzə çıxıb.
Ramazan Gülə qarşı cinayət işi açılıb və barəsində həbs qərarı çıxarılıb.//cahan.info


















