Qızı meşəyə aparıb başına bu oyunu açdılar - VİDEO

Qızı meşəyə aparıb başına bu oyunu açdılar - VİDEO
Türkiyənin Antalya şəhərində dəhşətli hadisə qeydə alınıb.

oxu24.com xəbər verir ki, Antalyanın Kəpəz bölgəsində 3-ü qadın olmaqla, 5 nəfər mübahisə etdikləri bir qadına meşəlik ərazidə işgəncə verib.

Yaşları 15-20 arasında olan cinayətkarlar qadını meşəyə saçından tutub sürüyərək aparıblar. Daha sonra fiziki şiddət tətbiq ediblər. Bununla ürəkləri soyumayıb və qadının pulunu oğurlayıblar. Cinayətkarlar qadını bu hadisəni kimsəyə söyləməməklə qorxudublar. Onlar bildiriblər ki, əks halda qadının ailəsinə də zərər verəcəklər.

Hadisənin görüntülərinin mətbuata sızmasından sonra Antalya Polis İdarəsi və Jandarm Komandanlığı istintaq əməliyyatları başladıb. Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulublar.