"Yuventus"a daha bir zərbə

"Yuventus"a daha bir zərbəÇempionlar Liqasının 1/4 final mərhələsində "Ayaks"a yenilən (1:1, 1:2) "Yuventus"a daha bir zərbə dəyib.

Ictimaixeber.com xəbər verir ki, məğlubiyyətdən sonra Turin klubunun səhmləri kəskin şəkildə ucuzlaşıb. Məğlubiyyətdən dərhal sonra klubun səhmləri 1,3 avroya enib. Bu isə 24 faizlik ucuzlaşma deməkdi.

Qeyd edək ui, "Yuventus" yarımfinala vəsiqə qazana bilmədiyindən 13 milyon avro mükafatdan da məhrum olub.